FHN Akademiyasında bayram tədbiri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov tədbiri  giriş sözü ilə açaraq,  iştirakçıları bayram  münasibətilə təbrik edib. Bildirib ki,  31 dekabr  dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız və diplomatik təmsilçilərimiz tərəfindən xalqımızın  ümumdünya birlik günü kimi qeyd olunur.

P.Süleymanov ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkürəsindən danışıb. General-mayor onu da əlavə edib ki, 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi keçirilməsi haqqında sərəncam  ümummilli lider  tərəfindən verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarını bu gün də uğurla davam etdirir.

Tədbir akademiyanın xalq çalğı alətləri ansamblı və incəsənət ustalarının konsert proqramı ilə yekunlaşıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında