Xalq artisti Sona Hacıyevanın 110 illiyi qeyd olunub

Teatr və kino aktrisası, Xalq artisti Sona Hacıyevanın  110 illiyinə  həsr edilmiş  tədbir  keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə  baş tutub. Xatirə gecəsində görkəmli sənətkarın səhnə və kino fəaliyyətinə həsr  olunmuş  videoçarx nümayiş etdirilib.

Tədbirdə Xalq artisti  Hacı İsmayılov Sona Hacıyevanın sənət  yolundan danışıb.Teatr səhnəsində yaddaqalan obrazları  yaradan  Sona Hacıyeva 1907-ci il iyunun 25-də Şəkidə anadan olub. Görkəmli sənətkar  ömrünün sonunadək Dövlət Dram Teatrının səhnəsində dünya və Azərbaycan dramaturqlarının əsərlərində müxtəlif obrazlar yaradıb. O vurğuladı ki, mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rol  yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin inkişafına da öz töhfəsini verib.

Sonra Xalq artisti Ağakişi Kazımov çıxış edərək,  Azərbaycanın ilk peşəkar  aktrisalarından olan Sona Hacıyevanın ilk dəfə 13 yaşında Sultan Məcid Qənizadənin “Axşam səbri xeyir olar” tamaşasındakı Çimnaz obrazı ilə səhnəyə çıxdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin bildirilib ki, Sona xanımın qabiliyyəti, istedadı o dövrün görkəmli aktyorlarından olan Mirzəağa Əliyev və Hacıağa Abbasovun diqqətini cəlb edir.

Digər çıxışcılar bildirdilər ki,   Sona Hacıyevanın Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolu Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-Cadu” əsərindəki Səlimə  obrazı  olub. Sonralar aktrisa uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında müxtəlif obrazlar yaradıb. Sona xanım Opera və Balet Teatrında da çıxış edərkən yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları maraqla qarşılanır, Azərbaycan qadınının ağır taleyini, üzləşdiyi çətinlikləri güclü və emosional şəkildə tamaşaçılara çatdırırdı.

Qeyd edək ki, Sona Hacıyeva dövrünün görkəmli teatr xadimləri ilə tərəf-müqabil olub,  Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifeyləri ilə eyni səhnəni bölüşərək unudulmaz obrazlar yaradıb. Sona Hacıyeva  “Bəxtiyar”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Səhər” filmlərində çəkilib.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında