“Xəzinələr şəhəri” məqaləsi Özbəkistan mətbuatında

Daşkənddə rus dilində çap olunan “Taşkentskaya pravda” qəzeti Sergey Mixaylovun qədim Gəncə şəhəri haqqında “Xəzinələr şəhəri” adlı məqaləsini dərc edib.

Məqalədə Gəncənin Böyük İpək Yolu üzərində yerləşdiyi, dahi Nizami Gəncəvinin yurdu və bu şəhərin Azərbaycanın tarixində mühüm rol oynadığı qeyd edilir. Həmçinin materialda Gəncənin tarixi haqqında da məlumat öz əksini tapıb.

Yazıda Nizami Gəncəvinin əsərlərindən söhbət açılır, böyük şairin məqbərəsinin bu şəhərin yaxınlığında olduğu bildirilir. Tarix boyu Gəncə sənətkarlarının gildən hazırladıqları müxtəlif qablar, keramika məmulatları, həmçinin bu şəhərdə toxunan xalçalar, hazırlanan zərgərlik məhsullarının bütün dünyada məşhur olduğu xüsusi vurğulanır.

Məqalədə bu günün möhtəşəm , müasir Gəncəsindən də söhbət açılır. Bildirilir ki, bu qədim şəhərdəki Xan bağı yalnız Azərbaycanın deyil, bütün Qafqazın ən böyük parklarından biridir. Şəhərdəki ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleks isə dünyanın ən böyük beş parkı siyahısına daxildir.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında