“İçərişəhər” DTMQİ-nin fəaliyyəti ilə əlaqədar ekspozisiya nümayiş olunur

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılmasının 10 illik fəaliyyətini əks etdirən ekspozisiya nümayiş edilir. Ekspozisiyanın nümayişi Kiçik Qala küçəsində, Şirvanşahlar Saray Kompleksinin yaxınlığında açıq havada təşkil olunub. Məlumatı “İçərişəhər” DTMQİ verib.

Dekabrın sonunadək davam edəcək ekspozisiyada son 10 il ərzində elmi-tədqiqat və arxeologiya, kütləvi tədbirlər, bərpa və abadlaşma sahəsində görülmüş işlər öz əksinin tapıb. Həmçinin İçərişəhərdə səfərdə olmuş rəsmi qonaqlar və tanınmış simalar, Marionet Teatrı, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi, Tahir Salahovun ev-muzeyi və s. haqqında maraqlı məlumatlar və fotolar yer alıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında