Məşhur rəssamın sərgisi

İçərişəhərdəki “NUR Art House” qalereyasında məşhur rəssam Sakit Məmmədov və Opalizm məktəbinin davamçısı olan tələbələrinin sərgisi açılıb.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın rəhbərlik etdiyi “NUR Art House” qalereyasında baş tutan sərgidə iştirakçılar rəssam və onun tələbələri ilə ünsiyyət yaratmaq, bu yaradıcı atmosferlə, o cümlədən videomaterial, kataloq və kitablarla daha yaxından tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, opalizm Əməkdar rəssam Sakit Məmmədov tərəfindən əsası qoyulmuş yeni üslubdur. Opalizm üslubunun adı – opal mineral daşından götürülüb. Qədim yunan dilində opal daşı gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə edilir.

Onu da qeyd edək ki, Sakit Məmmədov UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür. O, “Minilliyin adamı” adına, Avropanın “Şərəf ordeni”nə , İtaliyanın Leonardo da Vinçi ordeninə, Beynəlxalq Vera mükafatına, Çingiz Aytmatov adına Beynəlxalq mükafata, Dədə Qorqud mükafatına və digər təltiflərə layiq görülmüşdür.

Onun əsərləri dünyanın məşhur qalereyalarında – Puşkin Muzeyi, Avropa Parlamenti, Fransanın Opera Qalereyası, Türkiyənin Dolmabağça Sarayının qalereyaları, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, ABŞ və dünyanın digər mötəbər qalereyalarında uğurla nümayiş olunur.

Tədbirdə UNESCO yanında Beynəlxalq Rəssamlar Akademiyasının həqiqi üzvü, Xalq rəssamı Arif Əziz, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq doktoru, professor Fərəh Əliyeva, AMEA-nın və bir sıra universitetlərin müəllimləri, Rusiya, İtaliya, İspaniya və Portuqaliya səfirliklərinin əməkdaşları iştirak ediblər.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında