“Regional mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarəetmə planı”nın təqdimatı

 Regional mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarəetmə planının təqdimat mərasimi keçirilib.  Təqdimat  mərasimi Sabirabaddakı  Heydər Əliyev Mərkəzində baş tutub. Məlumatı Mədəniyyət və Turizm Nazirliyindən  verilib.

Tədbirdə nazir Əbülfəs Qarayev mədəniyyət sektorunun idarə olunmasında layihənin əhəmiyyətindən danışıb: “Regional mədəniyyət və turizm idarələrinin yaradılması müsbət nəticələr verib. Bu, idarəetmə işinin düzgün təşkil edilməsi, lazımsız xərclərin azaldılması, yerli orqanların işinin daha fəal qurulmasına şərait yaradıb.”

 Layihənin məqsədi Avropa İttifaqı ölkələrinin təcrübəsinə əsaslanaraq, Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinə töhfə verməkdən ibarətdir. Sözügedən plan Azərbaycan, İtaliya və Avropa İttifaqının birgə “Tvinninq” layihəsi çərçivəsində hazırlanıb.

Ə.Qarayev əlavə edib ki, yerlərdə mədəniyyət və turizm sahəsində çalışan işçilər yeniliklərə hazır olmalı, müasir innovasiyaları mənimsəməli və onların tətbiqini sürətləndir-məlidir.

Rezident Tvinninq müşaviri, İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndəsi Alessandro Bianki layihənin Azərbaycan üçün faydalı olduğunu deyib: “Bu plan regional idarələrin daha funksional çalışmasına şərait yaradacaq. Layihənin ilk hissəsinin sonuna yaxınlaşırıq. Bu, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə keçirilən pilot layihədir. Planda bir regionun fərqli xüsusiyyətlərinin və potensialının qiymətləndirməsini apararaq inkişafını təmin etmək kimi məsələlər nəzərdə tutulur. Regionun hərtərəfli inkişafı üçün bölgənin bütün potensialından istifadə olunması vacib şərtdir”.

Sonda Əbülfəs Qarayev layihənin həyata keçirilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında