Tanınmış modelyer Fəxriyyə Xələfovanın kolleksiyasından nümunələr “Ermitaj” da saxlanılacaq

Sankt-Peterburq şəhərindəki dünya şöhrətli “Ermitaj” muzeyində tanınmış rəssam-modelyer, Azərbaycanın Əməkdar incəsənət  xadimi Fəxriyyə Xələfovanın kolleksiyasından üç paltar dəsti “Kostyum qalereyası” ekspozisiyasında nümayiş etdirilir. 

“Ermitaj” muzeyinin yaradılması günü münasibətilə keçirilən “Ermitaj günləri” çərçivəsində dekabrın 8-də açılmış “Kostyum qalereyası” sərgisində 130-dan çox qədim və müasir geyim nümunələri təqdim olunur. Rəssam-modelyer Fəxriyyə Xələfova ilə “Ermitaj” muzeyinin direktoru, akademik Mixail Piotrovski arasında dekabrın 5-də imzalanmış razılaşma əsasında tanınmış dizaynerin “Şərq maqnetizmi” kolleksiyasından nadir Azərbaycan ornamentləri ilə bəzədilmiş iki milli geyim nümunəsi, eləcə də XIX əsr üslubunda hazırlanmış gəlinlik paltarı sərgidə nümayiş olunur və daha sonra muzeyin fondunda saxlanacaq.

Eyni zamanda, Fəxriyyə Xələfovanın kolleksiyasından nümunələr “Ermitaj günləri” çərçivəsində Sankt-Peterburqun “Ermitaj” otelində də nümayiş etdirilir.

“Kostyum qalereyası” sərgisi “Ermitaj”ın “Staraya derevnya” bərpa-saxlanma mərkəzində açılıb. Burada geyim nümunələrinin yaxşı vəziyyətdə qorunub saxlanılması üçün müasir texnologiyalardan istifadə olunur. Geyim nümunələrinin keyfiyyətini qorumaq üçün kolleksiya ildə bir dəfə dəyişdiriləcək. Ekspozisiyaya I Pyotrun qarderobu, rus imperator sarayı əyanlarının geyimləri, hərbi formalar, maskarad kostyumları, eləcə də müasir dizaynerlərin əl işləri və s. daxildir.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın  xüsusi müxbiri

Sankt-Peterburq 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında