Türkiyənin Kastamonu şəhəri 2018-ci il üçün TÜRKSOY-un mədəniyyət paytaxtı seçilib

Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilib.

Toplantıda Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Toplantıda Kastamonunun türk dünyasının mədəniyyət paytaxtına namizədliyi TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri tərəfindən dəstəklənib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, iclasda iştirak edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman 2018-ci ildə ölkəsinin bənzərsiz şəhəri Kastamonunun TÜRKSOY-un mədəniyyət paytaxtı seçilməsindən böyük məmnunluq duyduqlarını deyib. O, Kastamonuda da 2013-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı seçilən Əskişəhərdə olduğu kimi bayram keçirmək istədiklərini deyib.

2018-ci ildə TÜRKSOY-un 25-ci ildönümünü bayram edəcəklərinə diqqət çəkən H.Yayman, bu ilin yaddaşlarda qalacaq və gələcəyə ötürüləcək bir il olması üçün bütün imkanlardan istifadə edəcəklərini bildirib.

Kastamonu valisi Yaşar Karadeniz də şəhərin Anadolunun qədim yaşayış mərkəzlərindən olduğunu vurğulayaraq qeyd edib ki, 7 min illik tarixə malik olan mədəniyyət şəhəri Kastamonu 900 ildən çoxdur türk yurdudur.

Qeyd edək ki, təxminən 375 min əhalisi olan Kastamonu tarixi- mədəni abidələri və təbiəti ilə diqqət çəkir. Ərazisinin 65 faizi meşə ilə örtülü, geniş flora və faunaya malik olan Kastamonu, eyni zamanda, müxtəlif çöl heyvanlarının məskənidir. Qara dənizin ən uzun sahil zolağında yerləşən Kastamonu dünyanın ən böyük kanyonlarından biri olan Valla kanyonu, ən iri mağaralardan İlgarini mağarası, şəlalələri və digər təbii zənginlikləri ilə də tanınır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında