Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir

Rəssam Rafiq Quliyevin “Mən azərbaycanlıyam” sərgisinin açılış mərasimi keçirildi

Sərgidə rəssamın  80-ə yaxın əsərı nümayiş olunur. Tədbiri giriş sözü ilə Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov açmışdır. Məclisdə deputatlar, səfirliklərin, AMEA-nın, ali təhsil müəssisələrinin   nümayəndələri, rəssamlar, jurnalistlər və digər  qonaqlar iştirak etmişlər. Çıxış edənlər  rəssamın yaradıcılığından, əsərlərinin məziyyətlərindən, sənətşünaslıq  sahəsindəki  fəaliyyətindən bəhs etmişlər.

Məlumat üçün bildirək ki, Rafiq Məhərrəm oğlu Quliyev 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuşdur. Bu gün təsviri sənət məkanında rəngkar və heykəltəraş kimi tanınan Rafiq Quliyev ixtisas təhsilini Bakıdakı məşhur Ə.Əzimzadə adına məktəbdə almışdır. Həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirəndən sonra o, 1980-ci ildə təyinatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində işə başlamışdır. Bu gün onun həmin müəssisədə elmi araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışması da R.Quliyevin Azərbaycanda xalq yaradıcılığının öyrənilməsi və təbliği sahəsində apardığı səmərəli fəaliyyətə verilən dəyərin əyani nümunəsidir.

Sonradan Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alan Rafiq Quliyev respublikanın müxtəlif guşələrində yaşayan istedadları üzə çıxarmaqla yanaşı, özü də yaradıcılıqla məşğul olmuş, rəngkarlıq, qrafika və heykəltəraşlıq sahələrində yaddaqalan əsərlər yaratmışdır. Belə ki, hazırda o, Azərbaycan Rəssamlar İttifaqının üzvü olmaqla yanaşı, həm də neçə-neçə beynəlxalq festivalın iştirakçısı və  laureatıdır.

Rafiq Quliyevin ölkədaxili və beynəlxalq sərgilərdə əsərləri nümayiş olunmuşdur. O cümlədən Rafiq Quliyevin əsərləri şəxsi kolleksiyalarda (ABŞ, Fransa, İtaliya və s. ) saxlanılır. Yaradıcılığını ictimai fəaliyyətlə birlikdə davam etdirən Rafiq Quliyevin Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü olması da onun vətəndaşlıq mövqeyinə göstərilən etimadın ifadəsidir.

Rəssamın  Azərbaycan təsviri sənətinin problemlərindən bəhs edən tədqiqatları da ictimayyət tərəfindən rəğbətlə qarşılanmışdır. Rafiq Quliyevin “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə” (2007) və “Təsviri sənətdə insan dünyası” (2009), “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitablarını sənətşünaslığımıza layiqli töhfə hesab etmək olar. Bu kitablar ali təhsil ocaqlarında tədris olunur.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında