Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi”

Özbəkistanın  Səmərqənd şəhərində “Azərbaycan mədəniyyəti həftəsi” keçirilib.  Məqsəd  Şərqin zəngin mədəniyyətinə, ənənələrinə ,  iki ölkənin eyni  dil, din, adət - ənənə, soykökə  malik olduğunu,  Azərbaycanın Özbəkistanla yaxınlığını bir daha nümayiş etdirməkdir.  “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində “Azərbaycan Qafqazın mirvarisi” adlı fotosərgi, Səmərqənd Dövlət Universitetində iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair konfrans, kitab sərgisi, Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi təşkil olunub.

Səmərqənd Dövlət Universitetində Özbəkistanda tanınmış azərbaycanlı maarifçi, pedaqoq, naşir Seyid Rza Əlizadənin adını daşıyan Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan  kitabxanada ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, ulu öndər Heydər Əliyevin irsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, xəritələr, video materiallar, habelə Azərbaycanın çoxsaylı bədii filmləri universitet tələbələrinin istifadəsinə verilib. 

“Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunmuş “Əzəli dostluq riştələri" adlı sənədli filmin təqdimatı olub. Sənədli ekran əsərində  “Avesta”, xalq yaradıcılının mərdlik və qəhrəmanlıq rəmzi olan Kitabi-Dədə Qorqud,  cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Babək, Koroğlu, Cəlaləddin Manguberdi kimi türk xalqlarının qəhrəmanlıq obrazları, həmçinin onlar arasında oxşarlıq, Əmir Teymur, Babur, Şah İsmayıl Xətai haqqında məlumatlara  geniş yer verilib. Tariximizin, mədəniyyətimizin ən parlaq səhifələri, iki ölkə arasında dostluq əlaqələrinin yaranması, qədim, orta əsrlər və hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazanılan uğurlar, strateji partnyorluq səviyyəsinə çatdırılmasında ulu öndər Heydər Əliyevin, Özbəkistanın birinci Prezidenti İslam Kərimovun böyük xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfərləri, Daşkənddə Heydər Əliyev küçəsində ulu öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin heykəllərinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair keçirilən tədbirlər, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar sənədli filmdə yer alıb.

 “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində konsert proqramı və Qarabağ geyimlərinin dəb sərgisi keçirilib.  Tədbirdə çıxış edənlər Heydər Əliyev Fondunun dünyada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı həyata keçirdiyi Şərqin ən zəngin musiqi ənənələrinə malik Azərbaycanın türkdilli xalqlarla, həmçinin Özbəkistanla olan dostluq və qardaşlıq ənənələrindən söhbət açıblar.

Sonra iştirakçılara  Azərbaycan mədəniyyəti,  işgalçı ölkə olan Ermənistanın Azərbaycana qarşı təcavüzü, düşmən tapdağı altında olan  ərazilərdə milli mədəni irsimizin və abidələrimizin dağıdılmasına dair videomaterial təqdim  olunub.

 Həmçinin Qarabağ geyimləri nümayiş etdirilən  sərgidə XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi, əhalinin geyim mədəniyyəti, əyani-vizual görüntüləri və geyimləri tamamlayan bəzək elementləri göstərilib.

 “Qarabağ şikəstəsi”nin sədaları altında nümayiş etdirilən Azərbaycan qadınlarının libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları alqışlaqla qarşılanıb.

Tədbirdə AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının çıxışı maraqla qarşılanıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında