Böyük İpək Yolu üzərindəki tarixi şəhərlər UNESCO-nun Dünya İrs Siyahısına salınır

Böyük İpək Yolunun (BİY)  üzərində mövcud olan tarixi şəhərlərin  dünya irsində yerinin müəyyən edilməsi,  BİY-in  əhatə etdiyi tarixi dövrün mədəni irsinin UNESCO-nun Dünya İrs Siyahısına salınması məsələlərinin müzakirəsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, XİN-in UNESCO üzrə Milli Komissiyasının  baş katibi Elnur Sultanov, AMEA-nın Şərqşünaslıq və Arxeologiya və Etnoqrafiya institutlarının alimlərinin iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə bildirilmişdir ki, Böyük İpək Yolu  strategiyası  ümummilli lider Heydər Əliyevin uzaqgörən, uğurlu iqtisadi siyasətinin nəticəsidir. Müstəqilliyin ilk illərində yaranmış ağır sosial-iqtisadi vəziyyət, nəqliyyat-iqtisadi blokadanın davam etməsi, keçmiş təsərrüfat əlaqələrinin qırılması,  Avropa və dünya bazarına çıxışın olmaması dövlət müstəqilliyimiz üçün ciddi təhlükə yaradırdı. Belə bir şəraitdə Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı   TRASEKA layihəsi və ölkə rəhbərliyinin  bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin qorunması və onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açdı.

Ümummilli lider Heydər Əliyev məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə Böyük  İpək Yolunun bərpası ideyasını xəyaldan reallığa çevirdi.

Qeyd edilmişdir ki,  iki minillik ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolunu yenidən bərpa etməklə, yarandığı dövrdə  olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanından bəhrələnmək mümkündür. Böyük İpək Yolunun yenidən bərpası ideyasının perspektivləri və ‎gerçəkləşdirilməsi imkanlarının öyrənilməsinə UNESCO-nun himayəsi ilə ‎Beynəlxalq Komissiya hələ 1980-ci ildə başlayıb. Bu məqsədlə 1989-cu ildə ‎Moskvada, 1990-cı ildə Səmərqənddə, 1991-ci ildə Urgəncdə və 1992-ci ildə ‎Donetskdə keçirilən forum və seminarlarda layihənin inkişaf məsələləri və ‎istiqamətləri müzakirə edilib. 2008-ci ildə Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və UNESCO-nun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə “Strabon yolu  Böyük İpək Yolunun bir hissəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

M. MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında