Türkdilli mənbələr Mərkəzi Elmi Kitabxanada

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) türkdilli mənbələrin sayına görə kitabxanalar arasında ən zənginidir. Burada ümumtürk ədəbiyyatı, tarixi və mədəniyyətinə aid müxtəlif nəşrlər, sənədlər və əsərlər qorunur. Kitabxananın fondunda olan dəyərli mənbələrlə ictimaiyyətin tanışlığı artıq ənənə halını alıb.

Bu fikirləri kitabxananın direktoru Leyla İmanova fondda qorunan türkdilli mənbələrin ictimaiyyətə təqdimatı zamanı səsləndirdi. Bildirdi ki, MEK-də ümumilikdə 1,5 milyon sənəd mövcuddur. Bunun da 2387 nüsxəsi türkdilli ölkələrə aiddir. O, türk dilində olan əsas sənədlərin Şərq ədəbiyyatı fondunda saxlandığını bildirdi. Əlavə etdi ki, burada türk dilində 16534 (10144 kitab və 6390 jurnal) sənəd toplanıb. 1807 nüsxə sənəd Osmanlı türkcəsində ərəb əlifbası ilə daşbasma üsulu ilə çap olunub.

MEK-in kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, şöbənin fondların formalaşdırılması bölməsinin əməkdaşları Sevil Əliyeva, Qönçə Cəlilova, Aysel İbrahimli və Xədicə Ağayeva fondda qorunan əsərlər barədə ətraflı məlumat verdilər. Qeyd edildi ki, 90 min türkdilli mənbə MEK-in elektron siyahısına daxil edilib və bir hissəsi rəqəmsallaşdırılıb. MEK Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi türk dövlətlərinin kitabxanaları ilə səmərəli əməkdaşlıq edir və nəticədə fondun arxivi daha da zənginləşir. Tədbirdə əməkdar artist Gülnaz İsmayılovanın ifasında bəstəkar Vasif Adıgözəlovun “Çanaqqala-1915” aratoriyasından ananın ariyası səsləndi.

Çanaqqalada həyatını itirərək əbədiyyətə qovuşmuş şəhidlərə həsr edilmiş əsərin səsləndirilməsi maraqla qarşılandı. Bundan sonra Əməkdar incəsənət xadimi Ziya Şıxlınskinin Qafqaz İslam Ordusuna həsr etdiyi “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filminə baxış oldu.

İctimaiyyətə təqdim edilən kitablar arasında Mahmud Kaşğarlının “Divani-lüğət it türk”, Türkiyə nəşri olan “Osmanlı arxiv sənədlərində Naxçıvan”, “Osmanlı sənədlərində Qarabağ”, “Macarıstan türkologiyası, Georg Hazai və Azərbaycan” əsərləri və digər kitablar oxucuların marağına səbəb oldu.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında