“Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə”

Müasir dövrdə ən böyük qlobal problemlərdən biri ekologiya ilə bağlıdır. Bu gün müxtəif ölkələr və qurumlar  dünyamızın xilası naminə ekoloji problemlərin həlli yollarını arayırlar. Elə yaradıcı gənclər də ekoloji problemlərin aradan qaldırılması naminə öz əsərlərini  Zirə Mədəniyyət Mərkəzində “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgidə nümayiş etdirdilər.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutmuş   sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva,  gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər.  Sərgi barədə məlumatlandırılan  Leyla Əliyeva nümayiş etdirilən  əsərlərlə tanış oldu.

Qeyd edildi ki, sərgidə 14-29 yaşlı gənclərin müxtəlif  janrlar  üzrə  hazırladıqları əsərlər təqdim  olunur. Buraya monumental rəngkarlıq, dəzgah rəngkarlığı, ofort, linoqravyura, kvillinq, xəttatlıq, batika, keramika, rəngkarlıq, heykəltəraşlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, vitraj, mayolika, ksiloqrafiya, silkoqrafiya, təkəlduz və s. daxildir. 

Gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlər, hazırladıqları əsərlər istər  üslub, istərsə də  mövzu baxımından seçilirdi.  Odur ki, ekoloji problemlərin həllinə yönəlmiş və gəncləri təbiəti, ətraf-mühiti qorumağa səsləyən hər bir əsər iştirakçıların marağına səbəb oldu.  Sərgi ilə yanaşı, gənc aktyorların iştirakı ilə ekologiya mövzusunda pantomim tamaşa alqışlarla qarşılandı.

Sərgi çərçivəsində gənclər üçün rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin təşkili nəzərdə tutulur.

Sərgiyə baxışdan sonra  fərqlənən gənclər diplomlarla təltif edildilər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən təşkil olunan sərginin məqsədi gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu mövzuda maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında