Mir Cəlal Paşayevin zəngin yaradıcılığı Los-Ancelesdə təqdim olunub

 Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitab Los- Ancelesdəki baş konsulluğumuzun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib. Bu, “ADA” Universiteti tərəfindən bu il nəşr edilmiş sözügedən kitabın ABŞ-da ilk təqdimatıdır.

Konsulluqdan bildirilib ki, təqdimatda xarici ölkələrin baş konsulları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mədəniyyət təsisatlarının nümayəndələri, din xadimləri, jurnalistlər, müxtəlif icmaların üzvləri və digər şəxslər iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Mir Cəlal Paşayevin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti haqda qonaqlara məlumat verərək, yazıçının Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafındakı xidmətlərindən danışıb.

Diplomat qeyd edib ki, Mir Cəlalın əsasını qoyduğu məktəb hazırda da uğurla davam etdirilir. Mir Cəlalın əsərlərində geniş tərənnüm etdiyi humanizm, vətənpərvərlik və sosial ədalət prinsipləri universal dəyər daşıyır və yazıçının ədəbi yaradıcılığında önəmli rol oynayır.

Baş konsul qeyd edib ki, Mir Cəlal ədəbiyyat, mədəniyyət, elm və təhsil tariximizin ən parlaq nümayəndələrindən biri olaraq, yaddaşlarda işıqlı şəxsiyyət kimi yaşamaqdadır.

Daha sonra baş konsulluq tərəfindən hazırlanmış, Mir Cəlalın həyat və yaradıcılığına həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.

Sonra Mir Cəlal Paşayevin ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitabın amerikalı redaktoru Betti Bleyer çıxış edərək, kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb. O, Mir Cəlalın öz hekayələrində satiradan geniş istifadə edərək, Sovet sisteminin eybəcərliklərini məharətlə ifşa etdiyini, bu kimi mənfiliklərin hər bir cəmiyyətin inkişafını geri saldığını göstərdiyini qeyd edib.

Çıxışların ardınca amerikalı aktyorlar Mark Ceykobson, Kristina Gerla və Kris Agilanın təqdimatında Mir Cəlalın “Anket Anketov”, “İclas qurusu” və “Söyüd kölgəsi” hekayələri nümayiş etdirilib. Əsərlər tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. 

Tamaşadan sonra Los-Ancelesdə yaşayan Azərbaycan icmasının gənc üzvləri skripkaçı Elvina Qurbanova və vokalist Nail Qurbanovun ifalarında musiqi nümunələrimiz səsləndirilib. Musiqi proqramı tədbir iştirakçılarının böyük rəğbətinə səbəb olub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında