QHT-lər üçün film festivalı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə film festivalı keçirləcək. Məqsəd QHT-lərin ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə təbliği sahəsində gördüyü işləri geniş ictimaiyyətə təqdim etməkdir. Şurada peşəkar kino mütəxəssislərindən təşkil olunmuş münsiflər heyətinin iclası keçirilib. Şuranın sədri Azay Quliyev QHT-lərin fəaliyyətindən söhbət açaraq bildirib ki, onlar milli maraqlarımızın qorunması və cəmiyyəti narahat edən ictimai problemlərin həlli istiqamətində geniş fəaliyyət göstərir.

Xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Şuranın təşəbbüsünü yüksək qiymətləndirib. O,bu festivalın kinonun və bütövlükdə, mədəniyyətin inkişafına xidmət etdiyini bildirib. Həmçinin Xalq artisti cəmiyyət həyatının bütün sahələri ilə bağlı maarifləndirmə işi aparmaq üçün kinonun əhəmiyyətli vasitə olduğunu diqqətə çatdırıb.

Münsiflər heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev deyib ki, bu festival mədəniyyətin inkişafına xidmət edir. O bildirib ki, festivalda iştirak etmək üçün QHT-lər müvafiq qaydada şuraya müraciət edəcəklər. Festivala 2008-2016-cı illərdə çəkilmiş 100-dən artıq film təqdim edilib . Hər bir film xüsusi forma əsasında 10 ballıq sistem üzrə qiymətləndiriləcək.

Əməkdar incəsənət xadimi Rafael Qəmbərov, kinoşünas Ülvi Mehdi, fəxri mədəniyyət işçisi, kinoşünas Rəşad Qasımov, kinorejissor İlqar Safat çıxış edərək QHT-lərin ictimai həyatın müxtəlif sahələri üzrə maraqlı filmlər çəkdiklərini qeyd ediblər.

Münsiflər heyəti iclasda yekun tədbirin təşkili, mükafatların eskizlərinin hazırlanması və digər məsələlər haqqında yekdilliklə qərar qəbul edib.

Qeyd edək ki, festivalın təqdimetmə mərasimi noyabrın 24-də keçiriləcək.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında