“Yüz yaşlı istiqlalımızla ucalan bayrağımız”

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bakı məktəblilərinin iştirakı ilə Milli Dirçəliş Gününə həsr olunmuş “Yüz yaşlı istiqlalımızla ucalan bayrağımız” adlı tədbir keçirildi. Muzeyin direktoru, akademik Rafael Hüseynov mərasimi açaraq istiqlal tariximizin bu şanlı səhifəsini təlim-təhsil ocaqlarında hərtərəfli tədris etməyin, gənc nəsli vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyindən danışdı.

Bildirdi ki, bu gün müstəqil Azərbaycan dövlətinin keçmiş sovet əsarətinə, imperiyanın ayrı-seçkilik siyasətinə qarşı vahid xalq hərəkatında birləşməsindən və Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda mübarizəsindən otuz ilə yaxın vaxt ötür.

Mənəvi əsasları milli özünüdərkə söykənən bu tarixi yol XX əsrin 60-cı illərindən başlayır. 1957-ci ildə Cahid Hilaloğlu üçrəngli bayrağımızı evdə hazırlayaraq Qız qalasından asmışdı. O, bu hərəkətinə görə təqiblərə məruz qaldı, sürgünlərdə yaşadı. Lakin xalqın milli ruhu 70 il imperiya əsarətində, buxovlarında  itmədi.   

1988-ci ilin məhz 17 noyabr tarixində milyonlarla insan mənfur düşmənin torpaq iddiaları və SSRİ rəhbərlərinin də bu separatçı qüvvələri dəstəkləməsinə kəskin etiraz edərək Azadlıq Meydanına axın etdi. Bu mübarizədə axıdılan qanlara, bütün silahlı tədbirlərə baxmayaraq, Azərbaycan xalqı müstəqillik idealından geri çəkilmədi, istiqlal bayrağına yenidən qovuşdu. Həmin dövrdə bir çox xarici mətbuat səhifələrində Azərbaycandakı milli oyanışla bağlı yazılar çap olunurdu. Hətta qəzetlər Azərbaycan xalqını bu cəsarətli addımlarına görə “ilin xalqı” elan etmişdilər.

Qeyd olundu ki, 1918-ci ilin mayında müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il yaşadı. Ötən əsrin 80-ci illərin sonlarından yenidən azadlıq uğrunda mübarizəyə qoşulan Azərbaycan xalqı 1991-ci ildə müstəqillik qazandı. Lakin həmin dövrlər xalqımızın başı üstündə qara buludlar dolaşırdı. Müstəqilliyimiz təhlükə altında olanda ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldi və ölkənin taleyüklü məsələlərini həll etdi. Ulu öndərin həmin günlər atdığı qətiyyətli addımlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, ölkəmizin beynəlxaq aləmdə nüfuzu artır.

Sonra məclis Bakı şəhəri 284, 45, 301, 207, 238 saylı ümumtəhsil məktəbləri və
3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin  şagirdlərinin, Aygün Zamanlının rəhbərliyi ilə “Aytam” – Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi üzvlərinin ifasında Vətən, bayraq, Qarabağ, ana torpaq haqqında şeir, musiqi və rəqs nömrələrinin nümayişi ilə davam etdirildi.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında