Xalça Muzeyinin 50 illik yubileyi ilə bağlı tədbir

Xalça Muzeyində “Muzeylərdə tekstil kolleksiyaları” adlı “dəyirmi masa” təşkil olunub. Tədbir muzeyin yaranmasının 50, görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 110 illiyinə həsr edilib.

“Muzeylərdə tekstil kolleksiyaları” mövzusunda keçirilən “dəyirmi masa”da mühafizə, sərgiləmə, xalçaların, xalça məmulatlarının, milli geyim və parça nümunələrinin konservasiyası və bərpası kimi məsələlər müzakirə olunub. Həmçinin dünyanın tekstil muzeyləri, onların assosiasiyaları və icmaları arasında münasibətlərin qurulması, tekstil kolleksiyaları saxlanılan muzeylərdə elmi konfrans, sərgi, seminar, ustad dərsi, festival və digər tədbirlərin keçirilməsi və tekstil muzeyləri şəbəkəsinin yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra tədbir məruzələrlə işini davam etdirib. İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mayıl Fərəcov “Xalçaçılıq və tikmə sənəti”, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Dinara Çoçunbayeva “Qırğız xovsuz xalçaları”, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi Arxeologiya və Etnoqrafiya İnstitutunun polimetal şöbəsinin baş elmi işçisi Natalya Polosmak “Sibir və Uzaq Şərq xalqlarının tarix və mədəniyyəti muzeyinin qədim tekstil kolleksiyası” və bölgə muzeylərinin direktorlarının məruzələri dinlənilib.

Tədbir çərçivəsində “Xəzinənin yeni inciləri” adlı sərginin açılışı da olub.

“Dəyirmi masa”da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalçaçılığın inkişafına toxunaraq bildirib: “Xalça mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti və qayğısı nəticəsində bu gün xalçaçılıq sənətimiz dünyada geniş təbliğ edilir. “Azərbaycan xalçası” sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi diqqət və qayğının, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub. Ölkə başçısının müvafiq göstərişi ilə inşa olunan Azərbaycan Xalça Muzeyinin yeni binasında bu gün ölkəmizin tarixi qorunur. Muzeyin binası paytaxtın ən gözəl memarlıq abidələri sırasındadır.”

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək rəhbəri olduğu kollektivin gördüyü işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Qeyd edib ki, bu cür tədbirlərin keçrilməsi xalçalarımızın dünyada tanıdılması və təbliği istiqamətində  atılan addımdır. O, son iki il ərzində muzeyə xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, habelə arxeoloji qazıntılar zamanı tapılan müxtəlif əşyaların daxil olduğunu bildirib. Sərgidə yeddi dəyərli eksponat təqdim olunub. Bunlar arasında incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli geyim nümunələri və XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Şirvanda toxunmuş böyük dəyərə malik “Şamaxı” xalçası da yer alıb. Bu xalça muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Tarixi və bədii dəyəri ilə yanaşı, xalça muzeyin tarixində xarici hərracda əldə olunan ilk eksponat olması ilə maraqlıdır. O, 2017-ci ildə Avstriya auksion şirkətindən əldə edilib.Yarpaq, palmetta və “islimi” ornamentlərindən ibarət olan xalçanın kompozisiyası Səfəvilər dövrünün saray xalçalarının ruhunu və Şirvan xalça qrupunun həndəsiləşmiş ornamentlərini əks etdirir

Sonra Xalça Muzeyinə Heydər Əliyev Fondu adından XVIII əsrə aid Azərbaycan xalçası hədiyyə olunub.

Şirin Məlikova xalçaçılığın inkişafında göstərdiyi diqqət və qayğıya görə kollektiv adlından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ünvanlanmış təşəkkür məktubunu oxuyub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov və başqaları ölkəmizdə xalça sənətinin inkişafına göstərilən qayğıdan və görülən işlərdən söz açıblar.

Muzeyin ilk direktoru Əziz Əliyevin fəaliyyətinə dair arxiv şəkilləri də ekspozisiyada
nümayiş olunub.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında