Azərbaycanlı alim beynəlxalq forumda Quranın L.N.Tolstoy yaradıcılığına təsiri ilə bağlı məruzə etmişdir

Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Müstəqil Dövlətlər Birliyinin  və Şanxay Əməkdaşlıq Təşkilatının dil və mədəniyyətləri XXI əsrdə” adlı XIII Beynəlxalq forum keçirilmişdir. Avrasiya regionunun nüfuzlu alimlərinin qatıldığı tədbirdə respublikamızı BSU-nun prorektoru, professor Rafiq Novruzov təmsil etmişdir. Alimin “Məhəmməd peyğəmbərin aforizmləri L.N.Tolstoyun interpretasiyasında” adlı məruzəsi xüsusi maraqla qarşılanmışdır.

Müəllif adıçəkilən məruzədə böyük rus yazıçısının İslama yanaşması ilə azərbaycanlı mütəfəkkirlərin mövqeləri arasında paralellər aparmışdır. Alim qeyd etmişdir ki, L.N.Tolstoy təkcə Məhəmməd peyğəmbər və Quranla deyil, həm də dünyanın görkəmli filosoflarının, o cümlədən Azərbaycanın böyük fikir adamlarının İslam barədə düşüncələri ilə yaxından tanış olmuş və onlardan bəhrələnmişdir. Müəllif bu sırada böyük sufi alimi Şeyx Mahmud Şəbüstərinin və digər görkəmli azərbaycanlı sufi və hürufi mütəfəkkirlərin adlarını çəkmişdir.

R.Novruzov daha sonra Şərqin məşhur sufi mütəfəkkiri Abdulla əl-Məmun Sührəverdi ilə L.N.Tolstoy arasındakı yazışmalardan danışıb. O qeyd edib ki, Tolstoy Sührəvərdinin kitabından on iki aforizmi özünün məşhur “Hər gün üçün” müdrik kəlamlar kitabına daxil edib.  Alim daha sonra Sührəvərdinin kitabından götürülmüş və L.N.Tolstoyun köməkçisi S.D.Nikolayev tərəfindən ruscaya çevrilmiş kəlamların 1909-cu ildə “Posrednik” nəşriyyatında “Tolstoy tərəfindən seçilmiş Məhəmmədin Qurana düşməyən kəlamları” başlığı altında çap olunduğunu bildirmişdir.

O, Quran aforizmlərinin L.N.Tolstoya doğma olmasının səbəbini onlardakı müdriklik, humanizm, ədalət, insanlığa yardım hissi ilə bağlılıqla əlaqələndirmişdir. R.Novruzov L.N.Tolstoyu həyəcanlandıran, demək olar ki, bütün məsələlərin Quranda öz əksini tapmasını faktlarla əsaslandırmışdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında