Görkəmli tarzənlə görüş

Dövlətimiz tərəfindən tar sənətinə xüsusi qayğı göstərilir. Bunun bariz nümunəsidir ki, Azərbaycan tar sənəti bu gün dünya mədəniyyətinin tərkib hissəsinə çevrilib. 2012-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Məşhur tarzən Ramiz Quliyev Azərbaycan musiqi ifaçılığı sənətində önəmli iz qoyan parlaq sənətkarlardandır. Xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın. Onun ölkə hüdudlarından kənarda baş tutan qastrolları da həmişə böyük rezonans doğurub.

Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən Ramiz Quliyevin 70 illik yubileyinə həsr edilmiş “Səslən tarım” adlı tədbir keçirilib.

Xalq artistinə həsr olunmuş gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalının birgə təşkilatçılığı ilə baş tutub. Gecədə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Gecədə çıxış edənlər Ramiz müəllimin həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərdən söz açıblar.

Əməkdar artist Əyyub Quliyev ailəsi adından tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Atası haqqında danışarkən deyib ki, məşhur sənətkar dünyanın tanınmış konsert salonlarında çıxış edərək, dinləyicilərin qəlbinə yol tapıb. Tarzənin oğlu, atasının sənətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Belə ki, bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən Ramiz Quliyev “Şərəf” ordeni ilə təltif olunub.

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Respublikamızın tanınmış ifaçıları Əməkdar artistlər Sevinc Sarıyeva, Təyyar Bayramov, xanəndələr Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Xətai Hacıyev tərəfindən ifa olunan muğamlar, xalq və bəstəkar mahnıları və Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə Əhsən Dadaşov adına Xatirə Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə səslənən musiqilər gecəyə əlavə rəng qatıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında