İstanbulda keçirilən kitab sərgisində Azərbaycan bölməsi fəaliyyət göstərir

Noyabrın 4-də İstanbuldakı TÜYAP sərgi mərkəzində 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

30 ölkədən 700-dək nəşriyyatın iştirak etdiyi sərgi-yarmarkada geniş bir sahədə Azərbaycan pavilyonu qurulub. Pavilyonda Mədəniyyət və Turizm Nazirliyinin, “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının çap işləri sərgilənir.

Azərbaycanın zəngin mədəniyyətini, tarixini, elmi nailiyyətlərini, sürətli sosial-iqtisadi inkişafını, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ağır nəticələrini əks etdirən kitablar ziyarətçilərdə maraq doğurur. Bundan başqa, stenddə qurulmuş monitorlarda nümayiş etdirilən kadrlarda Azərbaycan barədə ətraflı məlumat verilir.

Sərgi çərçivəsində XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı tədbir və ona aid kitabların təqdimatı keçiriləcək.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında