“Azərbaycanın muğam fəlsəfəsi” Abşeron Heydər Əliyev Mərkəzində

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində Abşeron Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, şərqşünas alim Könül Bünyadzadənin rayon ictimaiyyəti ilə görüşü keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi İlham Manafov tədbiri giriş sözü ilə açaraq qonaqları görüş iştirakçılarına təqdim edib. Bilik Fondunun Abşeron rayonu üzrə  nümayəndəsi, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Teyyubə Hüseynova fondla Abşeron Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair imzalanan niyyət protokoluna əsasən keçirilən silsilə tədbirlərdən, onların mahiyyətindən danışıb.

Sonra şərqşünas alim K.Bünyadzadə "Azərbaycanın muğam fəlsəfəsi" mövzusunda mühazirəsində xalqımızın qədim tarixi köklərə əsaslanan mədəni dəyərlərə malik olduğunu deyib.

Çoxəsrlik tarixə malik Azərbaycan muğamının Şərqin intibahı dövründən təşəkkül tapdığını deyən natiq əsrarəngiz sənət nümunəsini əsrlərdən süzülüb gələn mənəvi sərvət və çağdaş insanın sevərək dinlədiyi möcüzəvi sənət adlandırıb. Şərqşünas alim Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğamın qorunub saxlanması və təbliği istiqamətində çoxşaxəli fəaliyyətindən söz açıb. Qeyd edilib ki, bəşəriyyətin qeyri-maddi irsinə dair şah əsərlərin yer aldığı siyahıya daxil olan muğam sənətinin bugünkü şöhrəti məhz Mehriban xanım Əliyevanın misilsiz fəaliyyətinin nəticəsidir.

Rəsmi qurumların nümayəndələri və ziyalıların, incəsənət  xadimləri və   müəllimlərin, tələbə və şagirdlərin iştirak etdikləri tədbirin sonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təmsilçiləri olan muğam üçlüyü mahnılar ifa edib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında