“Bibliya tarixi” və “Pravoslav katexizisi” kitabları Azərbaycan dilində oxuculara təqdim olunub

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bibliya tarixi” (müəllif Arximandrit Venedikt) və “Pravoslav katexizisi”
(müəllif İ.Qluxov) kitablarının təqdimatı olub. 

AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın Dilçilik İnstitutunun, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanın tolerant və multikultural ölkə olduğunu bildirib. Vurğulanıb ki, nəşrlərin Azərbaycan dilinə tərcüməsi bu ölkədə xristianlığa verilən böyük dəyərin göstəricisidir.

DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycanın müxtəlif sivilizasiyaların mərkəzində yerləşdiyini bildirib. Qeyd edilib ki, ölkəmizdə zərdüştliliyin və xristianlığın hakim olduğu dövrlərdə tikilən maddi-mədəniyyət nümunələri qorunaraq bugünədək saxlanılıb. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sərbəst şəkildə öz ibadətlərini icra etdiklərini deyən M.Qurbanlı dövlət tərəfindən icmalara maddi yardımların göstərildiyini, kilsə və sinaqoqların yenidən bərpa olunduğunu diqqətə çatdırıb. O, kitabların Azərbaycan xalqının xristianlıqla bağlı dolğun informasiya almasına töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin tarixən sülh şəraitində yaşadıqlarını və bunun Azərbaycan xalqının təbiətindən, qonaqpərvərliyindən, İslam dinindən qaynaqlandığını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladan akademik bu dəyərlərin Azərbaycanın dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıb.

“Bibliya tarixi” və “Pravoslav katexizisi” kitablarını Azərbaycan dilinə tərcümə edən, Dilçilik İnstitutunun sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri, professor Mayıl Əsgərov nəşrlər barədə məlumat verib. O, “Bibliya tarixi” kitabının birinci hissəsində Əhdi-Ətiq haqqında ümumi məlumatın verildiyini, ikinci hissənin isə Əhdi-Cədidin şərhinə və İsa Məsih ətrafında cərəyan edən hadisə və faktlara yönəldiyini bildirib.

“Pravoslav katexizisi” kitabı barədə danışan M.Əsgərov nəşrdə xristian dininə aid məsələlərlə yanaşı, Müqəddəs Üçlük və Kilsə anlayışları, xaçaçur, məsholunma və yevxaristiya ayinlərinin mahiyyətinin şərh olunduğunu diqqətə çatdırıb.

Alim Azərbaycan dilində xristianlıq, o cümlədən pravoslavlıqla bağlı məlumatların az olduğunu, nəşrlərin həmin boşluqları dolduracağını söyləyib. Vurğulanıb ki, kitablar Azərbaycan–Rusiya dostluq münasibətlərinin daha da inkişaf etməsinə təkan verəcək.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, “İqumen Taisinin Xatirəsi Cəmiyyəti” İctimai Birliyinin rəhbəri, ieromonax Aleksandr Faut, Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə elmi komissiyasının sədri, dünya siyasəti kafedrasının professoru Olqa Serpskaya, A.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin insan psixologiyası kafedrasının professoru Marianna Dvoretskaya və başqaları ölkəmizdə həyat tərzinə çevrilmiş tolerantlıqdan,  nəşrlərin tərcüməsinin önəmindən, müxtəlif dinlərə verilən dəyərdən danışıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında