Müslüm Maqomayevin xatirəsi yad edilib

Fəxri xiyabanda SSRİ Xalq artisti, Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi yad edilib. APA-nın məlumatına görə, mərasimə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Müslüm Maqomayevin sənət dostları və ictimai xadimlər qatılıblar.

Ədalət Vəliyev Müslüm Maqomayevin Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışıb, onu böyük sənətkar, unudulmaz insan kimi qiymətləndirib. O qeyd edib ki, M. Maqomayev harada olmasından asılı olmayaraq, Azərbaycan musiqisini hər zaman uca tutub: “O, həm Azərbaycan bəstəkarlarını, həm dünya musiqisinin incilərini dünyanın möhtəşəm konsert zallarında ifa edib. Müslüm Maqomayev Azərbaycan musiqisinə şərəf və şöhrət gətirdi. Ölümündən sonra Bakıda onun adına musiqi məktəbi verilib. Müslüm Maqomayev Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacaq”.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Xalq artisti Eldar Quliyev, Fərhad Xəlilov Müslüm Maqomayevlə bağlı xatirələrini danışıb, onun dünya musiqi xəzinəsinə bəxş etdiyi töhfələrdən söz açıblar.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. 1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, bir il sonra Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb, bütün dünyada böyük şöhrət və populyarlıq qazanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında