Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sarayevoda konfrans keçirəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi noyabrın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” movzusunda konfrans keçirəcək. Konfransda Avropaya inteqrasiya ilə bağlı mövcud problemlər və onların həlli yolları, Avropa İttifaqının gələcəyi, üzv ölkələr, o cümlədən Balkanlar üçün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf perspektivləri, əməkdaşlığın gücləndirilməsi və digər mövzularda müzakirələr aparılacaq. 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə təşkil olunan toplantıda Balkan ölkələrinin, digər Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edəcək. Konfransda Çex Respublikasının sabiq Baş naziri Jan Fischer, Albaniyanin eks-prezidenti Sali Berisha, Makedoniyanin keçmiş dövlət və hökumət başçısı olmuş Branko Crvenkovski, Dunya Bankının sabiq vitse-prezidenti və İsveçrənin keçmiş xarici işlər naziri Mats Karlson, ABŞ Xarici Əlaqələr Milli Komissiyasının rəhbəri, ABŞ-ın BMT-dəki sabiq səfiri Rosemary Di Carlo, Bosniya və Herseqovina Parlamentinin spikeri Sefik Djaferovic, Serbiyanin xarici işlər naziri İvica Dacic və Monteneqronun xarici siyasət idarəsinə rəhbərlik etmiş Srdjan Darmanovicin çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Bosniya və Herseqovina ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. 2016-cı ilin noyabrında Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı, fevral ayında isə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə “Dinlərarası Dialoq və Ekstremizmə Cavab” movzusunda xüsusi toplantı keçirilib.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında