İntellektual oyun Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə həsr olunmuşdur

Bakı Slavyan Universitetinin (BSU) YAP təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və BSU İntellektual Klubunun təşkilatçılığı ilə fakültələr arasında intellektual oyun keçirilib.

Oyun başlamazdan əvvəl BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələr qarşısında çıxış edib. Rektor Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü ilə bağlı ölkəmizin hər yerində müxtəlif tədbirlərin keçirildiyini deyib. BSU-da keçirilən intellektual oyunun da həmin tədbirlərin sırasında olduğunu bildirən rektor gənc nəslin elmə, intellektual yarışlara marağının olmasını yüksək qiymətləndirib. Nurlana Əliyeva qeyd edib ki, tələbələrin intellektual və yaradıcı inkişafının sürətləndirilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsində və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasında bu cür tədbirlərin mütəmadi olaraq təşkili vacibdir. O bildirib ki, yalnız güclü intellektə malik olan, vətənpərvər gənclərin sayəsində xoşbəxt gələcəyə qovuşmaq olar.

Sonra BSU İntellektual Klubunun filologiya və xarici dil müəllimliyi fakültəsi üzrə sədri Şəmsi Məmmədov oyunun qaydaları barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, oyun universitetin 5 fakültəsi və hər fakültənin müxtəlif komandaları arasında keçirilir. 36 sualdan ibarət olan oyunun üç tur təşkil etdiyini deyən Ş.Məmmədov sonda qaliblərin kubok, medal və diplomlarla təltif ediləcəyini bildirib.

Yarışın sonunda qaliblər müəyyənləşib. Belə ki, “DiFai” komandası birinci yer, “Coker” komandası ikinci yer, “Pole Çudes” komandası isə üçüncü yer qazanaraq oyunun qalibi olublar. Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova və fakültələr üzrə dekan müavinləri qalib gələn tələbələrə diplom və medallar təqdim ediblər. Birinci yeri tutan “DiFai” komandasına kuboku BSU üzrə YAP sədri Sevinc Axundova təqdim edib. İntellektual oyunun lideri beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi olub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında