Azərbaycanda yaşamış almanlar haqqında film

Prezident İlham Əliyev ötən ilin avqustunda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinə və Azərbaycan Milli Elmlər Akademiyasına Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirmək tapşırılıb. Bununla bağlı rejissor Cəlaləddin Qasımov “Şollerin arxivi” bədii filmini çəkmişdir.

Rejissor filmin süjeti haqqında danışarkən demişdir: “Almanları sürgün edəndə babama bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi. O sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı babam gizlincə götürüb saxlayıb. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib”. Triller janrıda lentə alınan ekran əsərinin rejissoru Adil Qulamov, quruluşçu operatoru isə Fahir Səmədoğludur.

Filmdə aktyorlardan Əjdər Zeynalov, Şirzad Pirallahı, Sabir Məmmədov, Rövşən Kərimduxt, Ramiz Vəliyev və başqaları çəkilmişlər.

Rejissorun sözlərinə görə , filmdəki hadisələr Azərbaycanda məkunlaşmış Şollerlər ailəsinin ötən əsrin 40-cı illərindəki həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb...

“Biz bu filmdə alman ailəsinin timsalında insan dramı göstərməyə çalışmışıq. Eyni zamanda, filmdə xalqımızın multikultural dəyərlərə sadiq qalması da nəzərdən qaçmayıb”.

Film almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyinə dəyərli töhfədir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında