Frankfurtda Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir

Frankfurt Beynəlxalq kitab sərgisi çərçivəsində Mədəniyyət və Turizm ­Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin, Azərbaycan Respublikası Diasporla  İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə milli pavilyonda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov giriş nitqində Azərbaycandakı alman məskənlərinin yaradılmasının qısa tarixçəsindən bəhs edib və tolerant mühitdə iki xalq arasında formalaşmış mədəni əlaqələri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsinə dövlət tərəfindən daim xüsusi önəm verilir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar bir sıra  tədbirlər, layihələr həyata keçirilməkdədir.

Sonra çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov multikultural dəyərlərin qorunması və təbliği baxımından bu kimi tədbirlərin daşıdığı önəmdən bəhs edib.

Şprenflingen Gensingen İcmalar Birliyinin rəhbəri Manfred Şerer, “Avropa Əməkdaşlıq Forumu”nun sədri,  Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Samirə Patzer--İsmailova, “Mayns-Azərbaycan” Cəmiyyətinin sədri Başar Kömür, doktor Rahim Şmidt çıxışlarında qonaqlara Azərbaycan  və Almaniya xalqlarının mədəni bağları, dostluq əlaqələri barədə məlumat veriblər.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında