Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş etdirilmişdir

Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın kolleksiyası ölkəmizin Fransadakı səfirliyinin və Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində nümayiş etdirilmişdir.

Paris moda həftəsi çərçivəsində “Fashion Glam Couture”nin prezidenti Miryam Lariyerin təşkilatçılığı ilə keçirilən moda nümayişində ADA-nın prezidenti Jan-Fransua Mansel, Fransada Azərbaycan səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış aktyoları, incəsənət xadimləri və modelyerlər iştirak etmişlər. Azərbaycanın klassik musiqi nömrələrinin sədaları altında keçrilǝn moda nümayişi tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Xatırladaq ki, Həcər Qala 25 ildən artıqdır Avstraliyada modelyerliklə mǝşǧuldur. O, Vətəndǝn uzaqda yaşamasına baxmayaraq əl işlərini Azərbaycanın zəngin milli çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn yaradıcılıqla istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ ölkəmizi xaricdə ləyaqətlə təmsil edir.

Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında