Bilik Fondu yeni layihəyə başladı: Ekran və efirdə ədəbi dil normaları

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlayıb. İlk təlim “Xəzər” telekanalında gənc aparıcı və reportyorların iştirakı ilə keçirilib.

Layihə barədə iştirakçılara ətraflı məlumat verən Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Fondun “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçiriləcək.

Layihə üzrə ilk təlimçi AMEA Dilçilik İnstitutu terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar. Professor Azərbaycan ədəbi dilinin norma və qaydaları haqqında ətraflı məlumat verib, konkret nümunələrlə gənc reportyor və aparıcıların nitqindəki fonetik, leksik, qrammatik və üslubi qüsurları təhlil edərək, onların aradan qaldırılması yollarını göstərib. 

İnteraktiv formada keçən təlimdə professor S.Sadıqova iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

İki ay davam edəcək təlimlərdə AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlər iştirak edəcəklər.

Layihə digər televiziya və radio şirkətlərində də həyata keçiriləcək. Təlimə qatılan gənc jurnalistlərə dilçilik, nitq mədəniyyəti, televiziya və radio aparıcılarının iş xüsusiyyətləri ilə bağlı nəzəri bilgilər veriləcək, praktik məşğələlər tətbiq olunacaq.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında