Azərbaycan-Rusiya regionlararası forumunda

Rusiya Federasiyasının Stavropol şəhərində VIII Azərbaycan-Rusiya regionlararası forumu keçirilmişdir. Tədbirdə Mədəniyyət və Turizm, İqtisadiyyat, Kənd Təsərrüfatı,  Təhsil, Gənclər və İdman nazirliklərinin, habelə bir neçə digər dövlət qurumlarının, təhsil ocaqlarının və özəl sektorun nümayəndələri iştirak etmişlər. Forum çərçivəsində turizm, humanitar məsələlər və digər mövzulara həsr edilmiş “dəyirmi masa”lar təşkil edilmişdir. Bu barədə Mədəniyyət  və Turizm Nazirliyindən məlumat  almışıq.

Turizm üzrə  “dəyirmi masa”nın Azərbaycan tərəfindən moderatoru Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi müdirinin  müavini Rauf Paşayev olmuşdur. R.Paşayev   çıxışında Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlığın dinamikasını yüksək qiymətləndirərək, iki ölkənin özəl sektorunun nümayəndələrinin bu işdə birgə fəaliyyətinin  vacibliyini qeyd etmişdir. Daha sonra ölkəmizin turizm potensialının təqdimatı keçirilmişdir. “Dəyirmi masa”da Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin, habelə Rusiya Federasiyasının Dağıstan, Karaçay–Çərkəz, Kabardin–Balkar  respublikaları, Arxangelsk vilayəti, Mineralnıe vodı və digər regionların nümayəndələri təqdimatlarla çıxış etmişlər. Bundan sonra iki ölkə arasında turizm sahəsində əməkdaşlığın perspektivləri və mövcud çətinliklər barədə müzakirələr keçirilmişdir. İştirakçılar Azərbaycan və Rusiya arasında sərhəd keçid prosedurlarının sadələşdirilməsinin vacibliyini qeyd etmiş və turizm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi üçün konkret təkliflər  irəli sürmüşlər.

Humanitar əməkdaşlığa həsr edilmiş  “dəyirmi masa”da isə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və yaradıcı gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov iştirak etmişdir. Tədbirdə, həmçinin Təhsil, Gənclər və İdman nazirlikləri, habelə AMEA-nın və ölkəmizin təhsil ocaqlarının nümayəndələri təmsil olunmuşlar.   Tədbir çərçivəsində Azərbaycan və Rusiya arasında humanitar sahələrdə  əməkdaşlığın möhkəmləndirilməsi və bir neçə konkret layihə və təşəbbüs müzakirə  edilmişdir.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında