Bakıda Çinin milli bayramı qeyd edilib

 Sentyabrın 27-də Çinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Çin Xalq Respublikasının yaradılmasının 68-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Vey Cinhua çıxış edərək Çinin 68 il ərzində keçdiyi inkişaf yolundan danışıb, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. Bu il Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayan səfir ötən müddət ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Çin ilə əlaqələrin inkişaf etdirilməsi üçün böyük işlər görüldüyünü diqqətə çatdırıb. Səfir deyib ki, Çin və Azərbaycan sadiq dost və etibarlı tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələri qarşılıqlı inam və hörmət əsasında inkişaf edir. Çin Azərbaycanın ənənəvi dostluq və səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Diplomat əmin olduğunu bildirib ki, birgə səylər nəticəsində ikitərəfli münasibətlər xalqlarımızın mənafeyinə və maraqlarına uyğun olaraq bundan sonra daha da inkişaf edəcək.

Rəsmi qəbulda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti adından Çin xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb.

Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən nazir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini deyib. 2011-ci və 2012-ci illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini qeyd edən Əbülfəs Qarayev iki ölkə arasında genişmiqyaslı turizm müqaviləsinin imzalanması barədə razılığa gəlindiyini diqqətə çatdırıb. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini söyləyib.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında