Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub

Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycan Evinin  təşkilatçılığı ilə Parisdə “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə Azərbaycan da təmsil olunub. Fransa paytaxtında keçirilən bu genişmiqyaslı tədbirdə 40-dan çox ölkə iştirak edib. Şəhərciyin məqsədi Fransada, xüsusilə, Parisdə – müxtəlif millətlərin çoxluq təşkil etdiyi bir şəhərdə tolerantlıq və multikulturalizmin daha da möhkəmlənməsi, xalqlar arasında mədəni irs mübadiləsinin genişlənməsinə  xidmət etməkdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, şəhərciyin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Paris meriyasının nümayəndələri, müxtəlif kulinariya assosiasiyaları, məşhur aşpazlar, eləcə də iştirakçı ölkələrin səfirləri və rəsmi nümayəndələri iştirak ediblər.

Sena çayınınn sahilində 3 gün davam edən tədbir zamanı Azərbaycana məxsus olan pavilyon şəhərciyin ən çox ziyarət olunan məkanlarından biri olub. Milli üslubda bəzədilmiş pavilyonda milli mətbəximizdən nümunələr, dadlı-ləzzətli xörəklər, şirniyyat və içkilərin dequstasiyası və satışı həyata keçirilib. Zəngin mədəni irsimizdən nümunələr, geyim və bəzək əşyaları, milli sənətkarlıq nümunələri nümayiş olunub. Pavilyonda milli yeməklərimizin hazırlanmasının birbaşa təqdimatı ziyarətçilərin diqqətini çəkib.

“Beynəlxalq Qastronomiya şəhərciyi”  musiqi proqramında iştirakçı ölkələr milli musiqi və rəqslərini təqdim ediblər. Parisdə Azərbaycan məktəbinin şagirdləri “Uzundərə”, “Naz eləmə” və digər Azərbaycan rəqslərini ifa ediblər.

Qeyd edək ki, Azərbaycan iki ildir “Beynəlxalq Qastronomiya şəhərciyi”ndə təmsil olunur.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında