Gənc tədqiqatçının İslamla bağlı iki kitabı

YENİ NƏŞRLƏRİMİZ

Qərblə Şərq sivilizasiyasının qovşağında yerləşən Azərbaycan xalqı  milli-adət-ənənələrlə  yanaşı, dini inanc və dəyərlərə də həmişə  xüsusi hörmətlə yanaşmışdır. Paklıq, insanpərvərlik, bəşəriyyətə yüksək əxlaqi dəyərlər aşılayan İslamın cəmiyyətdə insanlara, xüsusilə də gənc nəslə  doğru şəkildə çatdırılması olduqca önəmlidir. Tarixə nəzər yetirsək, Şərqin tərəqqisində, elmin inkişafında mühüm rol oynayan İslam bir çox alim və şəxsiyyətlərin yetişməsinə öz töhfəsini vermişdir.

Lakin mürəkkəb siyasi proseslərin getdiyi bir dövrdə İslam aləminə dünyanın baxışı birmənalı deyil. Təəssüf ki, İslam dinindən öz çirkin məqsədləri üçün istifadə edən qüvvələrin əməlləri sayəsində  beynəlxalq aləmdə “islamafobiya” termini ortaya atılmış, bəşəriyyətin sonuncu dininə qarşı qərəzli münasibət formalaşmışdır. Hətta bu gün, təəssüf ki, İslam adı altında terror aktlarının, qanlı hadisələrin törədilməsi dünyamızın acı reallığıdır.

Bununla yanaşı, İslam adı altında bəzən insanlar arasında batil və xurafat xarakterli inanclara da rast gəlinir ki, bu da maariflənmənin yetərincə  olmadığını göstərir. Bu baxımdan da gənc araşdırmaçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın əməkdaşı Tamerlan Əhmədlinin bu yaxınlarda işıq üzü görmüş “ Xurafat və batil inanclar” və “Dini ekstremizm və ona qarşı mübarizə üsulları” kitabçaları olduqca aktualdır.

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara ayırdığı maliyyə yardımı hesabına işıq üzü görən kitablarda müəllif  dövrümüz üçün aktual  olan  mövzulara aydınlıq gətirir.

Birinci kitabçada cəmiyyətdə rast gəlinən, əslində isə İslamla bağlılığı olmayan xurafat və batil inanclar barədə məlumat verilir. Əsərdə, həmçinin onların formalaşması tarixi, eləcə də İslam dininin bu tip inanclara münasibəti öz əksini tapıb.

İkinci kitabçada isə müasir dövr bəşəriyyət üçün təhlükəli fenomenə çevrilən dini ekstremizm və ona qarşı mübarizə üsullarından bəhs edilir.

Bu gün, təəssüf ki, Şərq aləmində baş verən qanlı terror hadisələri və münaqişələrin baş verdiyi bölgələrdə bəzi insanların, xüsusilə də gənclərin dini inancından istifadə edərək, onların ekstremist əməllərə cəlb edilməsi reallıqdır.

Bu baxımdan İslam adı altında qırğınlar törətməyə haqq qazandıran bu qüvvələr, əslində, İslam aləmi haqqında çox yanlış təsəvvür yaradırlar. Odur ki, ikinci kitabda müəllif dini ekstemizmin formalaşması və onun zərərləri, eləcə də mübarizə üsulları ilə bağlı fikir və mülahizələrini oxucularla bölüşüb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsərlərin İslamla maraqlanan kitabsevərlər, eləcə də gənclər arasında maraq doğuracağı şübhəsizdir.

Əfsanə BAYRAMQIZI,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında