Xalq şairi Qabilin “Seçilmiş əsərləri” işıq üzü görüb

Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri, Xalq şairi Qabilin “Seçilmiş əsərləri”nin ikicildliyi oxucuların ixtiyarındadır. Şairin vəfatından sonra işıq üzü görmüş kitabları Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə dərc edilib.

Kitabın birinci cildində Qabilin müxtəlif illərdə qələmə aldığı bir-birindən maraqlı şeirləri toplanıb. Burada sənətkarın Vətən, ana sevgisi, torpaq məhəbbəti ilə yoğrulmuş, Azərbaycanın zəngin və rəngarəng təbiətini tərənnüm edən, eləcə də məhəbbət mövzusunda əsərləri ilə tanış olmaq mümkündür.

“Seçilmiş əsərlər”in ikinci cildinə isə şairin ömrünün son dövrlərində, əsasən də müstəqillik illərində yazdığı və yüksək vətəndaşlıq mövqeyini əks etdirən şeirləri və müxtəlif illərdə qələmə aldığı poemaları daxil edilib. İkinci cild Qabilin Qarabağ mövzusuna həsr olunmuş “Ümid sənədir ancaq” şeri ilə açılır:

 

İşğal altında qalır

Torpağımız-daşımız,

Nələr görmür gözümüz,

Nələr çəkmir başımız.

Qarışıb bir-birinə

Baharımız-qışımız.

Çadır göstərmək olub

Hər çatana peşəmiz...

Sərgi olmasın deyə

Bu Mil, Muğan düzləri

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

 

Oxucular ikinci cilddə Qabilin “Mehparə”, “Oyanan duyğular”, “Dostlar”, “Aqibət”, “Yanardağ”, “İsgəndərin anası”, “Türkün qəbri” və digər poemaları ilə də tanış ola biləcəklər. Bu yaxınlarda şairin seçilmiş əsərlərindən ibarət ikicildliyin təqdimat mərasimi keçirilib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında