Azərbaycan yenidən ÜTT-nin İcraiyyə Şurasının üzvü seçilmişdir

BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş Assambleyasının 22-ci sessiyası bu il sentyabrın 11-dən 17-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində keçirilmişdir. Baş Assambleyanın 22-ci sessiyası ilə yanaşı, ÜTT-nin Avropa, Asiya, Amerika, Afrika regional komissiyalarının toplantıları, İcraiyyə Şurasının 106 və 107-ci sessiyaları, bir sıra komitələrin görüşləri, Turizm Etikası üzrə Konvensiyanın işçi qrupunun iclası və bir sıra digər tədbirlər keçirilmişdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sessiyada Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, ÜTT-nin İcraiyyə Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin İspaniya Krallığındakı səfiri, ÜTT yanında daimi nümayəndəsi səfir Anar Məhərrəmov, ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Turizm etikası üzrə işçi qrupunun rəhbəri qismində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, turizm şöbəsinin əməkdaşı Cavid Abdullayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil etmişlər.

Sentyabrın 11-də Azərbaycan nümayəndə heyəti ÜTT Avropa Regional Komissiyasının iclasında iştirak etmişdir. Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasında üzvlük müddətinin başa çatmasını nəzərə alaraq, ölkəmiz öz namizədliyini növbəti dövr üçün (2017-2020) yenidən təqdim etmişdir. Nazir Əbülfəs Qarayev komissiyanın iclasında son illərdə ölkəmizdə dövlət başçısının dəstəyi ilə turizm sahəsində aparılmış islahatlar, Azərbaycanın İcraiyyə Şurasının fəaliyyətinə töhfələri və bunun sayəsində 2017-ci ildə şuraya sədrlik etməsi barədə çıxış etmişdir.

ÜTT-nin 22-ci Baş Assambleyası çərçivəsində keçirilmiş Avropa Komissiyasının iclasında seçkilər baş tutmuşdur. ÜTT-nin İcraiyyə Şurasına Avropadan ­5 ölkə – Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva üzv seçilmiş və Baş Assambleyanın qərarı ilə üzvlük təsdiqlənmişdir.

Qeyd etmək istərdik ki, ölkəmiz 2013-2017-ci illərdə şuranın üzvü olmuşdur, 2017-ci ildə isə şuraya sədrlik edir. Azərbaycanın son illərdə turizm sahəsində uğurları və şurada səmərəli fəaliyyəti nəticəsində ölkəmizin növbəti dövr üçün namizədliyi səsvermə zamanı dəstəklənmişdir. Bu mühüm uğur ölkə başçısı, cənab Prezident İlham Əliyevin turizm sahəsinə və beynəlxalq əməkdaşlığa göstərdiyi daimi diqqətin nəticəsində ölkəmizin əldə etdiyi beynəlxalq ictimaiyyətin etimadın göstəricisidir.

Baş Assambleyanın 22-ci sessiyası zamanı Azərbaycan hökuməti adından çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizin uğurları, həyata keçirilən layihələr və Azərbaycan-ÜTT əməkdaşlığı barədə üzv ölkələrə geniş məlumat vermişdir. İcraiyyə Şurasının üzvü kimi gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təşkilatın prinsip və məqsədlərinə nail olmaq üçün ölkəmizin öz səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında