Azərbaycanda almanlar haqqında “Şollerin arxivi” filmi çəkilir

Çəkilişləri bir neçə aydır davam edən “Şollerin arxivi” bədii filmi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Məlumatı  filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov verib.

Onun sözlərinə görə, triller janrında lentə alınan ekran əsərinin quruluşçu rejissoru tanınmış kinematoqrafçı Adil Qulamov, quruluşçu operatoru isə Fahir Səmədoğludur. Filmdəki hadisələr ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Göygöl, Tovuz və Bakıda aparılır. 

Filmdə alman ailəsinin timsalında insan dramı əks olunur. Eyni zamanda, burada xalqımızın multikultural dəyərlərə sadiq qalması da   diqqətdən yayınmayıb.

Ssenari müəllifinin  sözlərinə görə,  filmdə baş verən hadisələr real həyatdan götürülüb: “Almanları sürgün edəndə babama bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi. O, sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı babam gizlincə götürüb saxlayıb. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib…”.

O da bildirilir ki, ölkə başçısı ötən ilin avqustunda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb.

Sərəncamda Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyəti nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etməyin vacibliyi bildirilib. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirmək tapşırılıb.  Film  bu  mühüm hadisəyə növ töhfə  olacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında