“Şərq təranələri”ndə Azərbaycan da təmsil olunur

“Şərq təranələri” adlı Beynəlxalq Musiqi Festivalında Azərbaycanı Beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam - 2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar artisti tarzən Sahib Paşazadə təmsil edir. O, “Muğam dünyası” layihəsinin daimi iştirakçısıdır. Yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. Dünyanın ­­
40-dan artıq ölkəsində milli musiqimizi təbliğ edən tarzən Sahib Paşazadə bir sıra Beynəlxalq mükafatların sahibidir. O, “Ağcaqayın yarpağı” adlı Beynəlxalq “Qran-Pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında “Tarın Paqaninisi” tituluna layiq görülüb.

Qeyd edək ki, “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı Şərqin qədim mədəniyyət mərkəzi olan Səmərqənddə keçirilir və dünyanın müxtəlif ölkələrinin təmsilçiləri bu beynəlxalq tədbirdə iştirak edirlər.

1997-ci ildən keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı hər iki ildən bir təşkil olunur, festivalın nüfuzu isə ildən-ilə artmaqdadır. İlk illərdə festivalda 30 ölkə iştirak edirdisə, hazırda bu musiqi müsabiqəsinə maraq xeyli artmışdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, iki ildən bir keçirilən beynəlxalq musiqi festivalının açılış mərasimi avqustun 25-də xüsusi təmtəraqla qeyd olunmuşdur. Sevindirici haldır ki, festivalda hər dəfə iştirak edən azərbaycanlı musiqi və muğam ustalarının hamısı, demək olar ki, uğur qazanır.

Festival avqustun 31-dək davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında