Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı Türkiyədə oxuculara təqdim olunub

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə başlanılmış “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Bu günlərdə layihə üzrə görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanının nəşri başa çatdırılıb.

Nazirlikdən bildirilib ki, Azərbaycan əsilli, şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi roman “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.                                                                                                                                  

Bu günə qədər layihə əsasında Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və Yusif Səmədoğlunun “Qətl günü” əsərləri türkiyəli kitabsevərlərə təqdim olunub.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında