“Leyli və Məcnun” operası ilk dəfə Moskva səhnəsində

Üzeyir Hacıbəylinin ölməz “Leyli və Məcnun” operası “Crocus City Hall”da nümayiş etdiriləcək

Moskvalı tamaşaçılar dahi bəstəkar Üzeyir Hacıbəylinin XVI əsr Azərbaycan poeziyasının klassiki Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı “Leyli və Məcnun” operasına baxmaq imkanı qazanacaqlar. Tədbirin təşkilatçısı qismində Azərbaycan Mədəniyyət Studiyası (AzStudia) çıxış edir.

Studiyadan bildirilib ki, əsərin premyerası oktyabrın 16-da Rusiya paytaxtındakı “Crocus City Hall”da olacaq. Baş rolları Xalq artisti Mənsum İbrahimov və Arzu Əliyeva ifa edəcəklər.

Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, səhnə tərtibatçısı Xalq rəssamı Rafiz İsmayılov, xormeysteri Sevzixan Serderov, baletmeysteri Yuliana Əlikişizadədir.

Azərbaycanda ilk dəfə ­1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” həmin vaxtdan etibarən opera sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevrilib. Konsertin afişasında Üzeyir Hacıbəylinin ölməz əsəri “Şərq operası” və “Şərqin ən məşhur sevgi hekayəti” kimi təqdim edilir.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında