Azərbaycana 139 ölkədən turist gəlib

İlin birinci yarısında ölkəmizə səfər edən əcnəbilərin sayı 25 faizədək artıb

Azərbaycanda ­turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar ölkədə bu sahədə yeni, müasir infrastrukturun qurulması, xidmət səviyyəsinin inkişafını təmin edib. Müasir istirahət məkanları və hotellərin mövcudluğu, həmçinin xalqımızın qədim tarixə, zəngin mədəniyyətə, mətbəxə və yüksək qonaqpərvərliyə sahib olması da xarici turistlərin ölkəmizə marağını artırır.

 Həmçinin viza sisteminin sadələşdirilməsi, “ASAN viza” sisteminin tətbiqi ölkəmizə gələn xarici turistlərin sayının artmasına müsbət təsir edir. Bütün bunlar cari ilin ilk yarısının statistikasında da özünü göstərir.

 Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.

 Komitədən bildiriblər ki, gələn turistlərdən ilk üç yeri Rusiya Federasiyası (31,2 faiz), Gürcüstan (21,2 faiz), İran
(15 faiz) tutur. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 13,3 faizi yanvar ayında, 12,8 faizi fevral, 20,4 faizi mart, 15,6 faizi aprel, 17,6 faizi may, 20,3 faizi isə iyun ayında ölkəyə gəlib.

 Körfəz ölkələrindən gələnlərin sayının daha çox olması bu dövrdə ölkəmizə səfər etmiş əcnəbi vətəndaşların sayının artmasına təsir edən əsas amillərdən olub. Belə ki, Oman vətəndaşlarının sayı 16 dəfə, Küveyt vətəndaşlarının sayı 8,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 6 dəfə, Qətər vətəndaşlarının sayı 6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 4,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,5 dəfə, İran vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,8 dəfə artıb. Bu dövrdə Körfəz ölkələrindən ümumilikdə 263,5 min nəfər gəlib və Azərbaycana səfər etmişlərin ümumi sayında onların xüsusi çəkisi 21,8 faiz təşkil edib.

 Cari ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 14,8 faiz artaraq 51,2 min, MDB ölkələrindən gələnlərin sayı 17,7 faiz artaraq 438,3 min olub.

 2017-ci ilin ilk yarısında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər səfər zamanı daha çox yerüstü yol nəqliyyatından istifadə ediblər. Bu nəqliyyat növündən istifadə edənlərin ümumi yekunda xüsusi çəkisi 51,9 faiz, hava nəqliyyatından istifadə edənlərin 47,6 faiz, su nəqliyyatından istifadə edənlərin xüsusi çəkisi isə 0,5 faiz olub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında