“Retro Bakı” layihəsi sentyabrın 15-dək davam edəcək

Son illər Bakı şəhərinin mədəni inkişafına diqqət artmaqdadır. Bu yaxınlarda Prezident İlham Əliyevin Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan bir neçə mədəniyyət müəssisəsinin tikinti və təchizatı ilə bağlı müddəaların olması paytaxtın mədəni həyatına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Şəhərimizin mədəni həyatını daha da zənginləşdirmək məqsədi ilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi bir sıra layihələr reallaşdırır. Onlardan biri də idarənin layihəsi əsasında Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsidir. Bu layihə əsasında təşkil olunan konsertlər paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadır.

İki ildir ki, davam edən “Retro Bakı” layihəsinə bu il iyulun 15-dən start verilib. Layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır.

Fəvvarələr meydanında avqustun 18 və 19-da təşkil olunan növbəti konsertdə tanınmış estrada müğənniləri Samirə Allahverdiyeva, “Tin uşaqları” qrupu, Sami Oruc, Aysel Əlizadə, Ceyla Əlizadə, Aygül Səfərova, Aynur Əliyeva, Əli Əliyev, Nigar Süleymanova, Fuad Əsədov, Səma Heydərova, Rəşad İsmayıl və Məryəm Babayeva, Dana Durdana, Yaqut Nəriman və “Renessans” qrupu iştirak ediblər.

Həmçinin, mərkəzin nəzdində yeni yaradılan “Nur” teatrının üzvləri ötən həftəsonu konsertlərdə yenilik edərək, “Uşaqlığın son gecəsi” və “Bir cənub şəhərində” filmlərindən səhnəciklər nümayiş etdiriblər.

 “Retro Bakı” sentyabrın 15-dək hər həftə cümə və şənbə günləri axşam saatlarında Fəvvarələr meydanında zəngin konsert proqramı ilə tamaşaçıların görüşünə gələcək.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi gələcəkdə də belə layihələrin keçirilməsini nəzərdə tutub. Bunlardan biri də Azərbaycan televiziyasının Mədəniyyət kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Muğamat var olan yerdə” adlı layihədir.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında