“Vətən dahiləri” Yeni nəşrlər

Tanınmış yazıçı, şair, dramaturq və kino-ssenarist Əmir Pəhləvanın yeni kitabı “Vətən dahiləri” adlanır.

400 səhifəlik kitaba “Ön söz”ü Xalq şairi Sabir Rüstəmxanlı yazıb.

Kitabda müxtəlif dövrlərdə yaşamış elm-sənət adamlarının, əfsanəvi və tarixi qəhrəmanların, tanınmış şəxsiyyətlərin həyat və yaradıcılıqları araşdırılıb və onların hər birinə şeirlər həsr olunub. Əmir Pəhləvan belə bir böyük işin öhdəsindən məharətlə gəlib.

Mahiyyət etibarilə poetik publisistik ensiklopediya məzmunu daşıyan əsər Dədə Qorqudla başlayıb, çağdaş şəxsiyyətlərlə qurtarır. Şeirlərin əksəriyyəti həsr olunduğu şəxsin kimliyinin və xidmətlərinin daha aydın və əhatəli dərk olunmasına yardım məqsədi daşıyır.

Əmir Pəhləvanın müəllifi olduğu “Vətən dahiləri" kitabı tək Azərbaycanı deyil, həmçinin bütün Avrasiya coğrafiyasını əhatə etdiyindən bu gün üçün daha da aktualdır. Əlbəttə, bu insanların böyük əksəriyyəti həm Azərbaycan, həm də türk-slavyan dünyası ilə bağlıdır. Kitabda dahi rus mütəfəkkiri Lev Qmulyovun anası Anna Axmatovaya xüsusi yer ayrılması və ona ithaf edilən şeir olduqca dəyərlidir və mühüm əhəmiyyət daşıyır. Yaxud da rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazım bəyə ithaf edilən şeir bu və ya digər formada avrasiyaçılıq baxımından xüsusi əhəmiyyətə malikdir. O cümlədən Nəsrəddin Tusi, Əmir Teymur, Nəimi, Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Məmməd Araz, Vahid Əziz və başqa şəxsiyyətlərin Avrasiya coğrafiyasında böyük təsirə malik söz sahibləri haqqında Azərbaycan oxucularına geniş məlumatlar verilir.

Kitabı Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə yeni bir töhfə hesab etmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında