Bakıda 150-dək dövlətin mədəniyyət nümunələri təqdim edilib

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının ikinci gününün yekun tədbiri iştirakçı dövlətlərin mədəniyyətlərinin tanışlığına həsr edilib.

150-dək dövlətin mədəniyyət nümunələrinin təqdim edildiyi gecədə əvvəlcə iştirakçı ölkələrin milli mətbəxini əks etdirən təamlar təqdim olunub.

Çoxsaylı iştirakçıların qatıldığı gecə əlamətdar anlarla yadda qalıb. Belə ki, iştirakçı ölkələrin milli rəqsləri, bir-birindən şən ifalar gecəyə xüsusi rəng qatıb.

İştirakçılar ölkələrinin mədəniyyət və tarixi müxtəliflikləri ilə bağlı məlumatları ziyarətçilərlə bölüşüblər. Xüsusi olaraq qeyd edilib ki, dünyanın hər yerindən bu mühüm tədbirə qatılan skautlar yer üzündə sülhün bərqərar olması naminə səylərini birləşdirəcəklər.

Mədəniyyətlərin tanışlığına həsr edilən gecə hər kəsə xoş ovqat bəxş edib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında