Bakının mərkəzində skautların fotosərgisi açılıb

Avqustun 13-də paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında 41-ci Dünya Skaut Konfransı çərçivəsində fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi paytaxt sakinləri və xarici qonaqlar arasında dünya skaut hərəkatını təbliğ etmək, ölkəmizə gələn skaut iştirakçıları arasında qiymətli xatirələri bölüşmək məqsədilə təşkil edilib.

Sərgidə skautların xüsusi tədbirləri zamanı çəkilən fotoları sərgilənib. Şəhərimizin sakinləri və qonaqlarımızın böyük marağına səbəb olan sərgi avqustun 20-dək davam edəcək.

Qeyd edək ki, 41-ci Dünya Skaut Konfransı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Skaut Hərəkatı Təşkilatı və Azərbaycan Skaut Assosiasiyası tərəfindən avqustun 14-dən 18-dək Bakı Konqres Mərkəzində keçiriləcək.

“Birlikdə Müsbət Dəyişikliyə doğru” mövzulu konfrans 159 Milli Skaut Təşkilatının nümayəndələrini, tərəfdaşlarını və qonaqlarını bir araya gətirən irimiqyaslı tədbirdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında