Azərbaycan tamaşası Bolqarıstan səhnəsində

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nümayəndələri ölkəmizi ilk dəfə olaraq Bolqarıstanın Varna şəhərində keçirilən “Ulduzlara doğru” Beynəlxalq Monodram Teatr Festivalında təmsil ediblər.

Teatrdan   aldığımız mə-lumata görə, festival UNESCO nəzdində Beynəlxalq Teatr İnstitutunun himayəsi altında Varna bələdiyyəsinin dəstəyi ilə hər il bu şəhərdə keçirilir.

“Ulduzlara doğru” (Ad Astra)  Bolqarıstanda monodrama həsr olunan ilk beynəlxalq festivaldır. Festivalın məqsədi görkəmli yerli və beynəlxalq teatr xadimlərini bir araya gətirməkdir. İndiyədək festivalda Danimarka, Polşa, Gürcüstan və digər ölkələrdən teatr nümayəndələri iştirak ediblər.

Festivalın Azərbaycana həsr olunan 6-cı günündə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar
artist Ayşad Məmmədovun ssenari müəllifi olduğu “İuda” monopyesi göstərilib. Gecənin açılışında festivalın ənənəsinə uyğun olaraq,  Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tərəfindən festival iştirakçılarına ünvanlanmış müraciət oxunub. Müraciətdə Azərbaycanda teatr inkişafının qədim tarixə malik olması barədə məlumat verilib. Həmçinin 1873-cü il martın 10-da  bir qrup Azərbaycan ziyalısı tərəfindən M.F.Axundovun “Hekayəti Vəziri  xani Lənkərani” komediyasının səhnələşdirildiyi və həmin tarixin ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunduğu bildirilib. Bunun ardınca Bakı və Azərbaycanın digər bölgələrində həvəskar aktyor truppalarının meydana gəldiyi və bu prosesin milli  teatrın inkişafına təkan verdiyi vurğulanıb. Bu festivalın Azərbaycanın zəngin mədəniyyətinin Bolqarıstan sənətsevərlərinə çatdırılmasında bir vəsilə olduğu vurğulanıb və bu baxımdan təşkilatçılara dərin minnətdarlıq ifadə olunub.

Aktyor  A.Məmmədovun çıxışı bolqar teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bolqarıstanın İvan Vazov adına Milli Teatrının direktoru Marius Donkinin iştirak etdiyi premyerada aktyor A.Məmmədov festivalın mükafatı  və diplomu ilə təltif edilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında