Azərbaycanın dekorativ-tətbiqi sənəti İngiltərənin “Halı” jurnalının gözü ilə

Londonda nəşr olunan “Halı” jurnalının 190, 191 və 192-ci saylarında Azərbaycan dekorativ-tətbiqi sənətinə və 17-20 oktyabr tarixində Bakıda keçiriləcək V Beynəlxalq Azərbaycan xalçası simpoziumuna həsr olunmuş bir neçə məqalə dərc edilib.

Bildiririk ki, Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər aparılıb.

35 illik tarixə malik dünyaca məşhur London nəşriyyatı tərəfindən bu mövzuya yüksək maraq göstərilməsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xarici informasiya siyasəti və beynəlxalq xalça birliyi ilə davamlı əlaqələrin qurulması istiqamətində uzun müddətli fəaliyyətinin nəticəsidir.

2016-cı ilin noyabr ayında ölkəmizin bölgələrinə təşkil edilmiş səfər nəticəsində “Halı” jurnalının redaksiya heyəti, baş redaktor Ben Evansın rəhbərliyi ilə öz yazıları üçün kifayət qədər maraqlı və bu vaxtadək xalça mütəxəssislərinə məlum olmayan materiallar toplamışdır. “Halı” jurnalı qarşıdan gələn simpoziumun rəsmi informasiya əməkdaşı olaraq hazırda dünya kolleksiyalarında saxlanılan nadir Azərbaycan tikmələri mövzusunda yeni kitab layihəsi üzərində işləyir.

Jurnalın 191-ci sayında Azərbaycan Milli İncəsənət Muzeyinin ehtiyat fondunda saxlanılan XVIII əsrə aid xalça tikmələri ilk dəfə olaraq dərc edilmişdir. Azərbaycan xalçalılıq sənətinin erkən dövrünə aid əjdaha təsvirli tikmələr beynəlxalq ekspertlər üçün yüksək maraq kəsb edir və ilk dəfə simpozium zamanı ekspozisiyaya çıxarılacaq. Xarici mütəxəssislərin “Qafqazlı” adlandırdığı digər xalça növlərindən fərqli olaraq sözü gedən tikmələr Azərbaycan maddi mədəniyyətinin yeganə nümunələridir ki, beynəlxalq ədəbiyyatda bütövlükdə məhz “Azərbaycan tikmələri” kimi qeyd edilir.

Yerli və xarici mütəxəssislərin birgə səyləri nəticəsində Azərbaycanın tarixi ərazilərində olan xalçaların daha dəqiq atribusiyasına start verilmişdir. Çox hallarda xalçaların mənşəyinin hansı regiona (məsələn “Şirvan” və ya “Qarabağ”) aid olduğundan əlavə, habelə həmin torpaqların müasir Azərbaycan dövlətinə məxsus olması da qeyd edilir.

Bundan başqa “Halı” jurnalı oktyabrın 21-dən- 27-nə qədər Azərbaycan və Gürcüstana ilk kommersiya turunu təşkil edəcəkdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında