“Türk dünyasının Kıbrısı” Azərbaycan jurnalistinin gözü ilə

Yeni kitablar

Xarici ölkələrə səfərinin təəssüratlarını qələmə alıb kitab kimi ərsəyə gətirən həmkarımız, Əməkdar mədəniyyət işçisi, jurnalist Afət Sadıqoğlu ( Məmmədov) bu günlərdə özünün 12-ci kitabı ilə oxucuların görüşünə gəlmişdir.  Müəllifin “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Türk dünyasının Kıbrısı” adlı yeni kitabı əsasən Şimali Kipr Türk Cümhuriyyətinə müxtəlif səfərlərin təəssüratlarından və yol qeydlərindən ibarətdir.

Həmkarımızın yeni kitabı Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganerin məsləhətçiliyi, tarix elmləri doktoru, professor Abbas Seyidovun elmi redaktorluğu və Əməkdar jurnalist İttifaq Mirzəbəylinin redaktorluğu ilə çap olunmuşdur. Kitabda müəllif ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi, qardaş ölkənin Respublika, Sülh və Müstəqillik bayramlarında iştirakı, bayram tədbirlərində dövlət və hökumət rəhbərləri ilə görüşləri, ölkənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi həyatı, inkişafı və regionun Kipr problemi barədə qeyd və mülahizələrini toplamışdır.

Kipr adası, bu adanın parçalanması tarixinin bəzi məqamları, adanın şimalında türk dövlətinin yaranması və idarə olunması üçün xüsusi xidmətlər göstərmiş Fazil Kiçik, Rauf Denktaş, Mehmet Əli Tələt, Dərviş Əroğlu, Mustafa Akınçı və digər ictimai-siyasi xadimlər barədə ensiklopedik materiallar, eləcə də, ŞKTC-nin rəhbər vəzifəli şəxsləri ilə müsahibələr müəllifin növbəti kitabını daha oxunaqlı etmişdir. Müəllif, eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin elm, təhsil, mədəniyyət, səhiyyə ocaqları barədə, görkəmli alim və sənətkarlar haqqında müxtəlif illərdə qələmə aldığı materialları da bu kitabda vermişdir.

Xatırladaq ki, hazırda “Xalq qəzeti” baş redaktorunun müavini vəzifəsində çalışan Afət Sadıqoğlu 1947-ci ilin noyabr ayında Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra Naxçıvanda çıxan “Şərq qapısı” və “Nuh yurdu” qəzetlərində, sonra isə AZƏRTAC-da və “Respublika” qəzetində işləyib. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. 

İsaq ƏMƏNULLAYEV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında