“Ağdam: məhv edilmiş şəhərin tarixi”

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 23 ildir ki, işğal altında olan və tamamilə dağıdılmış və talan edilmiş, sakinlər məcburi köçkünə çevrilmiş Ağdam barədə yeni kitab işıq üzü görmüşdür.   Ağdamın işğal günü ərəfəsində siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "Ağdam: məhv edilmiş şəhərin tarixi" adlı kitabı onun oxucularla 13-cü görüşüdür.

Kitabda "Ağdam şəhəri Azərbaycanın qədim və şanlı tarixə malik şəhərlərindən biri kimi göstərilərək, onun tarixi, mədəni aspektləri barədə tədqiqatlar yer alıb. Müəllif yazır ki, Ağdam bu gün xarabalıq, viran edilmiş yurddur. Onun 6 mindən çox şəhidinin ruhu narahatdır. Ağdam ruhlar şəhəridir. Orada indi yalnız xaraba binaların divarları qalıb. Əsərdə “Ağdam” sözünün etimologiyası, toponimləri, oykonimlər ətraflı şəkildə öz əksini tapıb. Kitabda, eyni zamanda, Ağdam şəhəri barədə qədimdən bu günə qədər tarixdə iz qoyan maraqlı məlumatlar da təqdim edilir. Qədimdə Ağdam şəhərində yaşayan tayfalar, orada baş verən mühüm tarixi hadisələr, dünya elminə öz sözünü deyən ağdamlılar barədə də kitabda məlumatlar verilir. Ağdamın idman, mədəniyyət, elm, təhsil və digər proseslərdə oynadığı rol da əsərdə öz əksini tapıb. Kitabın sonunda Ağdamın işğala məruz qalan tarixi abidələri və maddi-mədəniyyət nümunələrinin siyahısı, kəndlərin tam adları, Ağdamda anadan olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı alan şəxslər barədə geniş məlumat verilir.

Kitabın elmi məslətçisi fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, rəyçisi Leila Kiani (İsveç, Stokholm şəhəri) və redaktoru Sultan Mərzilidir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında