“Xalq qəzeti” hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran qəzet nominasiyasının qalibi olub

İyulun 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasının 5 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra kollektivin beş illik fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin sədri Şahvələd Əliyev mərasimdə çıxış edərək, yubiley münasibətilə kollektivə təbriklərini çatdırıb. Bildirib ki, qurum hərbi vətənpərvərliyin təbliği işində kütləvi informasiya vasitələri ilə əməkdaşlığa böyük önəm verir. O, ölkəmizdə hərbi vətənpərvərlik ruhunun təbliğində, eləcə də MMC-nin təşkil etdiyi tədbirlərin işıqlandırılmasında yüksək fəallıq göstərən media qurumlarına minnətdarlığını bildirib.

Sonra hərbi vətənpərvərlik mövzusunu ən yaxşı işıqlandıran media qurumları mükafatlandırılıb. “Xalq qəzeti” redaksiyası mütəmadi olaraq “Hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran qəzet” nominasiyasında qalib elan olunub, diplom və xüsusi mükafatla təltif edilib.

Bundan əlavə, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və “AzeriDefence” saytı da müvafiq diplomlar və mükafatlarla təltif olunub.

Bununla yanaşı, yeniyetmə və gənclər arasında yaradıcılığı və hərbi vətənpərvərliyi təbliğ etmək, eləcə də ictimaiyyətin diqqətini “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin beş illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə yönəltmək məqsədilə elan olunmuş “Ən yaxşı hərbi vətənpərvərlik simvolikası” və “Ən yaxşı hərbi vətənpərvərlik şüarı” nominasiyalarında qalib gələn şəxslər də mükafatlandırılıb.

Eyni zamanda, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində və çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hərbi xidmətə hazırlanması işinin təşkilində cəmiyyətin fərqlənən əməkdaşları fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Sonda Şahvələd Əliyev “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin yaradılmasının əhəmiyyətini bir daha diqqətə çatdıraraq, kollektivin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu qurumun qarşısında qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəyini əminliklə bildirib.

Yubiley tədbirinə musiqili proqramla yekun vurulub.

Anar Turan,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında