“Günümüzün ustad aşıqları”

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunmuş kitabların təqdimatı keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru, professor  Kərim Tahirov açaraq  bu nəşrlərin əhəmiyyətindən danışmış, aşıq sənətinin Azərbaycan mədəniyyətinin ən qədim qolu olduğunu diqqətə çatdırmışdır.

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı “Günümüzün ustad aşıqları” layihəsi haqqında məlumat vermiş və bildirmişdir ki, müasirlərimiz olan ustad aşıqlardan Əməkdar incəsənət xadimi Ədalət Nəsibov, Əməkdar mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər biri haqqında ayrıca kitab nəşr olunub. Kitablarda aşıqların həyat və yaradıcılıqları haqqında geniş məlumat yer alıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev son dövrlərdə Aşıqlar Birliyinin  maraqlı layihələrə imza atdığını bildirmişdir. Elmi, bədii və sənət baxımından vacib olan bu layihələr aşıq sənətinin inkişafı üçün önəmli addımlardır. Ustad aşıqların tanıdılması bu ulu sənətin təbliği baxımından vacibdir.

Aşıq sənətinə dövlət qayğısından söz açan nazirin birinci müavini bildirib ki, ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gəldikdən sonra ilk dəfə olaraq 1973-cü ildə Aşıq Ələsgərin yubileyinin keçirilməsi ilə bağlı qərar verib: “Sovet rejimində, milli özünüdərk prosesi kimi məsələlərin nəzarətdə olduğu bir vaxtda aşıq sənətinin unudulmamasına xidmət edən bu qərar və ustadın əsərlərinin ikicildliyinin buraxılması aşıq sənətinin inkişafına təkan verdi. Bu uzaqgörən siyasət ölkə başçısı İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalqımızın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynamışdır”.

Tədbirdə çıxış edən ustad aşıqlar İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz kitabların çap olunmasında əməyi keçənlərə təşəkkür etmişlər. Layihədə hər bir aşığa fərdi yanaşıldığını diqqətə çatdıran sənətkarlar kitabların tədqiqatçılar üçün gərəkli vəsait olduğunu söyləmişlər.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında